Ermənistanda seçki öncəsi sosial-ictimai vəziyyət

İkinci Qarabağ müharibəsinin əvvəllərində ermənilərin məqsədi işğal zonalarını artırmaq idi. Belə ki, Nikol Paşinyan illərdir ermənilərin şəxsi hesabına yığılmış və Rusiyanın artıqlarından ibarət olan ordunun gücünü nümayiş etdirmək istədi. On illərdir havada olmayan SSRİ-dən qalma qırıcı təyyarələrin gurultulu səsindən həvəslənən Nikol Paşinyan dərhal əməliyyatlara başlamaq əmri verməyi, özünə müqəddəs borc bilir. Azərbaycan Ordusunun ildırım sürətli geri dönüşünün qarşısında onun komandan və diplomat kimi səriştəsizliyindən sonra o öz dəstəçilərini də itirdi. Artıq liberal-demokratik lider kimi yox, Azərbaycanın agenti kimi baxırdılar. Əslində bütün bu uğursuzluqlarda yanlızca onu da günahlandırmaq olmaz. Belə ki, Amerika, Qərb, Rusiyadan gözlənilən açıq dəstək gəlmədi, atdıqları raketlər partlamadı, ordusu cəbhədə bir-birini qırdı, “Qəhrəman erməni xalqı” artıq qorxdu və s.

Bütün bunlardan sonra demək olardı ki, Nikol Paşinyanın günahı sadəcə erməni doğulmaq idi. Bütün günahlar o yazığın üstünə atıldı və s. Beləliklə ermənilər günahlandıra biləcəkləri adam tapdılar. Hazırda 10 noyabr sazişinə imza çəkən adam, bütün tənqid və təhqirləri qəbul edərək vəzifəsində qala biləcək lider kimi, Paşinyana ehtiyac var. Digər tərəfdən də digər heç bir namizəd ümid vəd etmir. Belə ki, onlar revanşist düşüncələrə sahibdirlər və məğlubiyyəti qəbul etmirlər. Belə olan halda onların 10 noyabr sazişinə sadiq qalacaqları da şübhə altındadır. Nəticədə ermənilər üçün hakimiyyətə gələcək yeni namizəd böyük təhlükələr yara bilər.

Təsəvvür edək ki, hakimiyyətə gələ biləcək yeni qərbyönümlü idarəçidən sonra, Ermənistana növbəti münaqişələrdə heç Rusiya da arxa durmayacaq. Belə olduğu halda onların vəziyyəti həqiqətən təhlükə vəd edəcək. Olan qalan sabitlik də itəcək. Həmin sabitlik ki, müharibə bitəndən bəri ermənilər onu itirib. Onun tapılması isə çox absurd olaraq qalmaqdadır. Siyasi sabitliyin bərpasına ən yaxın namizəd isə elə Rusiyanın qarmağına keçmiş Nikol Paşinyandır.

Son günlərdə müharibədə itkin düşənlər, yaralananlar və həyatını itirənlərin etirazları artmaqda davam edir. Eyni zamanda ermənilərin öz boğazlarından kəsib yığdığı ordunu itirməsi də onlara izah edir ki, artıq bu dövlət ermənilərə heç nə vəd edə bilməz. Belə ki, onlar Qarabağı əldə saxlamaq üçün beynəlxalq təzyiqlərə, sanksiyalara, aclığa və kasıblığa dözürdülərsə artıq onların əlində Qarabağ da yoxdur. Digər tərəfdən Ermənistan ümumi dövlət gəlirinin böyük bir hissəsini də Qarabağdan əldə edirdi. İndi bu ərazilər Azərbaycan ordusunun nəzarəti altındadır. Digər tərəfdən Rusiyanın təsiri ilə Amerikadan da uzaqlaşmağa məcbur olan Ermənistan böyük maliyyə çətinlikləri ilə üz-üzə qalıb.
Belə olan halda heç bir partiya namizədi ermənilər üçün firavanlıq vəd edə bilməz. Onların tək çarəsi Azərbaycan tərəfinin güzəştlərini qənimət bilib dinc şəkildə yaşamaqdır. Digər bütün yollar onların qırmızı kitaba düşməsinə səbəb ola bilər. Məlumdur ki, illər əvvəl Ermənistanda 3 milyon erməni mövcud idisə hazırda onlar 1.5 milyon qaldıqlarını etiraf edirlər. Digər tərəfdən isə yerdə qalan əhalinin də böyük hissəsi qadınlardan ibarətdir. Belə ki, erməni “kişiləri“ ya Rusiyada işləməyə, ya da Qarabağda ölməyə gediblər. Onların hazırda səsləndirdiyi ən aktual şüar isə “biz Azərbaycanın olan Qarabağa, övladlarımızı göndərmək istəmirik” ifadəsidir. Belə ki, artıq onlar özlərini heç bir qayğı ilə əhatə etməyən dövlət üçün oğullarını qurban vermək istəmirlər. Ən əsasda bütün bu qurbanların boşuna olduğunu artıq dərk edirlər. Bu proses bir az ləng baş versə də sevindirici haldır. Yəqin ki, onlar gələn ayın 20-si keçiriləcək seçkilərdə revanşist və "Böyük Ermənistan" xülyası fikirlərini səsləndirən namizədlərə səs verməzlər.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...