Köhnə və yeni erməni riyakarlığı: Adımı sənə qoyum...

Necə deyərlər, öz gözündə tükü görmür, özgə gözündə qıl axtarışı edir. Özü də kimlər - cinayətkar keçmişi olan Fransa. Çünki Fransa haqq-ədalət və ümumilikdə hansısa azadlıqlar mövzusundan danışacaq ən son dövlət olmalıdır. Belə olmasaydı Azərbaycanın öz tarixi torpaqlarını düşmən tapdağından azad edərək ərazi bütövlüyünü bərpa etməsi hələ də bəzi qüvvələri, Fransa kimi ölkənin rəhbərliyini ciddi narahat edir. Belə olmasaydı, nə Paris meriyası, nə də Fransa Senatı həll olunmuş münaqişəni separatçılara dəstək məqsədilə yenidən alovlandırmağa hesablanmış addımlar atmazdı.

Fransanın Azərbaycan Respublikasının ərazisində ikinci erməni dövlətinin yaradılmasına yönəlik cəhdləri qəti şəkildə pislənir, işğalçıya dəstək verən Parisin son davranışları hiddət doğurur. Və yaxın keçmişində müstəmləkəçi olan Fransanın indi hansısa “azadlıqlar”dan danışması absurddur. Çünki əslində Fransa haqq-ədalət və ümumilikdə hansısa azadlıqlar mövzusundan danışacaq ən son dövlət olmalıdır. Çünki bu ölkənin tarixinə nəzər saldıqda Fransa nəinki Avropa, ümumilikdə dünya dövlətləri içərisində özünün işğalçılıq və müstəmləkəçilik siyasəti ilə seçilib. Yəni bu istənilən ölkədə kitablardan oxunması mümkün olan tarixdir. Heç kim bunu Fransaya şər-böhtan kimi demir, yazmır. Fransanın tarix boyu Şimali Afrika, Asiya, hətta Şimali Amerikada törətdiyi soyqırımlar, qırğınlar və apardığı işğalçılıq siyasəti səngiməyib. Bu ölkə müstəmləkəçiliyi ilə seçilib və xüsusən də Afrikada fransız hərbçilərinin dinc sakinlərə hansı vəhşiliklər etməsi ilə bağlı yüzlərlə fakt mövcuddur. Ötən əsrin əvvəllərinə nəzər saldıqda görərik ki, indi özünə Avropanın demokratik dövləti deyən Fransa Türkiyəni belə parçalamağa çalışırdı, burada ermənilərə dövlət yaratmaq planları var idi. Hər cür murdar əməllərə əl atdılar ki, bu plan reallaşsın. Hətta Fransa ordusunun tərkibində sayı minlərlə olan erməni legionu yaradılmışdı. Dinc sakinlərin, türklərin qırğınına da məhz silahlandırılmış erməni dəstələri səbəb olmuşdu. Əgər ermənilərin özlərinin dediyi kimi həmin dövrdə etdikləri qələtlərə görə itkilər veriblərsə, bu gün Ermənistan Türkiyədən yox, Fransadan təzminat istəməlidir. Çünki onları qırğınlara təhrik edən, Türkiyəyə qarşı qaldırıb torpaq iddiasına salan Fransa idi.

Və bu gün Fransa Senatının sədri Jerar Larşenin bu günlərdə Ermənistanda verdiyi qərəzli və birtərəfli açıqlamaları onun ölkəsinin Minsk qrupu həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə qətiyyən uzlaşmır. Ən maraqlısı isə Senatın sədri öz açıqlamalarında bir tərəfdən Minsk qrupunun fəaliyyətinin yenidən canlandırılmasına, onun işinə yeni impuls verilməsinə çağırış edir, digər tərəfdən isə açıq ermənipərəst və anti-Azərbaycan, anti-Türkiyə mövqe nümayiş etdirir.

Biz ötən il Fransa Senatı və Milli Assambleyasının Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin tanınması ilə bağlı qəbul etdiyi qərarları unutmamışıq. Bizi ən çox narahat edən məqam bu cür qərəzli addımların tərəfdaş hesab etdiyimiz ölkə tərəfindən atılmasıdır. Ən maraqlısı isə, gələn il Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunacaq. Belə bir məqamda Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuan Ermənistanda səfəri zamanı Türkiyədə və “artsax”da “erməni mədəniyyətinin izləri”nin silinməsindən bəhs etməsi, sadə dillə desək, siyasi ciddiyyətdən uzaqdır. Bu təəccüb də doğurmur, çünki xisləti, əqidəsi budur. Necə deyərlər: ilanın ağına da lənət, qarasına da. Baxın, Azərbaycan Fransada dünya mədəni irsinin nümunələrinin qorunması və bərpasına dəyərli töhfələr verib. Bu faktların fonunda Fransa senatı sədrinin açıqlamaları Azərbaycan xalqının bu ölkəyə onsuz da kövrək olan etimadını bir qədər də sarsıtmaqla yanaşı həm də postkonflikt dövründə iki xalq arasında qarşılıqlı dialoq mühitinin formalaşmasına, davamlı sülh və sabitlik formulunun tapılması səylərinə də ciddi zərbədir. Azərbaycan 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü bərpa edib. Fransanın da həmsədri olduğu ATƏT-in Minsk qrupunun 30 il ərzində təmin edə bilmədiyi sülhə nail olduğunu göstərdi. Əgər Fransa Senatının sədri həqiqətən tərəfsiz və ədalətli olmaq niyyəti güdmüş olsa idi, səfərini təkcə Ermənistana deyil, regiona edər, Azərbaycana da rəsmi səfərə gələrdi, işğaldan yenicə azad olunmuş ərazilərimizdə 30 il ərzində Ermənistan tərəfindən törədilmiş vandalizm və barbarlığı, bu gün “Qafqazın Xiroşiması” adlandırılan Ağdam şəhərini öz gözləri ilə görmüş olardı. Nə edirlərsə etsinlər məqsəd bəllidir: qərəzli və birtərəfli mövqe nümayiş etdirmək. Ancaq Fransa Senatı heç bir fakta əsaslanmadan Dağlıq Qarabağda erməni mədəni irsinin guya dağıdıldığı iddiası ilə çıxış edir. Çünki 90-cı illərdə və sonrakı dövrdə girov götürülmüş azərbaycanlıların taleyi heç vaxt Fransa siyasətçilərinin diqqətini çəkməyib. Ancaq Azərbaycan ərazisində terror törətməyə cəhd edən erməni diversantların qaytarılması ilə bağlı hüquqi əsası olmayan iddialarla çıxış ediblər. Əgər belə olmasaydı, Fransa minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı bu günə qədər bir təşəbbüs irəli sürərdi, acaq təəsssüf ki, belə bir addım atılmayıb. Və bu gün Azərbaycan haqlı olaraq ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biri olan Fransadan balanslaşdırılmış, ədalətli mövqe gözləmir, bunu Fransa rəsmilərinin açıqlamaları bir daha göstərir. Çünki Fransa Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpasında, davamlı sülhün təmin edilməsində maraqlı deyil. Və Fransa Senatının sədrinin Ermənistanda verdiyi açıqlamalar Azərbaycan xalqlarının bu ölkəyə onsuz da gövrək olan etimadını daha da zəiflədir.

Belə olan halda, əgər ermənilər bundan sonra da dövlət kimi mövcud olub yaşamaq istəyirlərsə, bizim keçdiyimiz son dərslərdən sonra ağıllarını başlarına yığmalıdırlar. Fransanın və digər onun kimi fitnəkar dövlətlərin “fətva”sına getməsinlər. Çünki nə Paris meriyası, nə də Fransa Senatı həll olunmuş münaqişəni separatçılara dəstək məqsədilə yenidən alovlandırmağa hesablanmış addımlar atmazdı və onlara məsləhət görürük ki, Ermənistana "məsləhətlər" verməkdənsə, bu günə kimi etmədikləri "əsl demokratiya” nümunəsini göstərsinlər.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə