V.VƏLİYEV

Yaxud, Azərbaycan-Macarıstan münasibətlərinə Ermənistandan baxış

Bir müddət əvvəl erməni mediası xəbər yaymışdı ki, Ermənistan NATO-da Türkiyəni əvəz edəcək. Əlbəttə, bu, erməni təfəkkürünün məhsulu idi, güman edirdilər ki, əgər Türkiyə NATO-an çıxarılsa, onun yerini Ermənistan tutacaq. Daha anlamırlar ki, Ermənistanın bu quruma daxil olmasə üçün kiminsə buarnı tərk etməsinə ehtiyac yoxdur. Əgər layiq deyilsənsə, NATO-ya səni qəbul etməyəcəklər. Bundan bir müddət əvvəl məlumat verilmişdi ki, NATO Ermənistanı öz səralarına qəbul etmək istəyir. Sonradan bəlli oldu ki, bu xəbəri Ermənistanın rəsmi dairələri tirajlayıb. NATO-dan isə bildirildi ki, Şimali Atlantika Blokunun genişləndirilməsi imkanlarını nəzərdən keçirilmir və İrəvanın özü də təşkilata üzvlük üçün müraciət etməyib. Sən demə, NATO-nun Genişlənməsi üzrə Avropa Komitəsinin nümayəndəsi Fellinger erməniləri ümidləndirən açıqlama verib. Onun NATO ilə rəsmi heç bir əlaqəsi yoxdur. O, NATO əməkdaşı deyil, onun fikirləri onun özünə məxsusdur və alyansın fikirlərini əks etdirmir. Rəhbərlik etdiyi qurumun adı “NATO-nun Genişlənməsi üzrə Avropa Komitəsi” olsa da, alyansın komitəsi və ya orqanı deyil”.

Beləliklə, ermənilər xəyalllarının qurbanı olduqlarına bir daha şahidlik etdilər. Bir daha ermənilər anladılar ki, hərbi bloka qoşulmağa can atmayan ölkələrlə uzunmüddətli əməkdaşlıq və etibarlı tərəfdaş olmaq Şimali Atlantika blokunun nizamnaməsinə uyğun deyil. Halbuki, Ermənistan heç vaxt bu quruma üzv olmağa layiq görülməyib.

İki gün öncə NATO üzvü olan Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfər etmişdi. Beynəlxalq tədbir çərçivəsində Azərbaycanla bütün sferalarda əməkdaşlıq məsələləri müzakirə olunmuşdu. Ermənistanda isə bu səfər çox böyük ajiotajla qarşılanıb. Macarıstanı və bu ölkənin başçısını təhqir etməkdən çəkinməyən ermənilər Orbanın səfərini əsl facə adlandırıb. Ermənilər SPECA sammitində iştirak eən ölkələri də aşağılamağa cəhd ediblər. Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanı demokratiyadan kənar dövlət adlandıran Ermənistanda onların iddia etdikləri nəsnələrdən bir əsər-əlamət varmı? Monoetnik və avtoritar bir ölkə sayılan erməni dövlətində yaşayanlar niyə öz gözlərində tiri görmürlər, bu anlaşılan deyil. “Halva, halva deməklə ağız şirin olmur ki”.

Ermənistandakılar Orbanın bu sammitdə fəxri qonaq kimi iştiraka dəvət olunmasını qəbul etmək istəmirlər. Ermənilər bir az da irəli gedərək iddia edirlər ki, adıçəkilən dövlətlərilə bir sırada olmaq onun aid olduğu yeganə yerdir. Guya buna görə demokratik dövlətlərin liderləri arasında Macarıstanın yeri yoxdur. Orbanın “Macar xalqının ən xoş arzularını və Azərbaycanın suverenliyinin bərpası və regionda vəziyyətin sabitləşməsi münasibətilə Əliyevi təbrik edirik” deməsi erməniləri çaş-baş salıb, ovqatlarını təlx edib. Bəli, Macarıstanın baş naziri Qarabağın Azərbaycanın əzəli ərazisi olduğunu vurğulaması, Ermənistan dövlətinin işğalçı olduğunu bir NATO ölkəsinin dilindən səsləndirilməsi İrəvan üçün öldürücü zərbədir.

Azərbaycan Prezidentinin Bakı ilə Budapeşt arasında əlaqələrin və dostluq əlaqələrinin hərtərəfli inkişafından məmnunluğunu ifadə etməsini ermənilər bir hadisə ilə bağlayıb daha çirkin bir yanaşma ortaya qoyurlar. Belə ki, Macarıstanda erməni zabiti Qurgen Markaryanın öldürülməsinindən sonra Ramil Səfərovun Azərbaycana ekstradasiyasını qanunsuzliq adlandırılar. Niyə? Niyə Ermənistanda anlamaq istəmirlər ki, bu, bütün ölkələr arasında razılaşmaya tam olaraq uyğundur. Ermənilər düşünürdülər və israr edirdilər ki, Ramil Səfərov Ermənistaa təhvil verilməlidir. Onların təbirincə b, tam olaraq qanunauyğun sayıla bilərdi. Amma yanılırlar. Hər şey ermənilərin arşını ilə ölçülmür.

Qeyd edək ki, Ramil Səfərov Bakıda cəzasının qalan hissəsini çəkmək üçün Macarıstanın dövlət başçısının sərəncamı ilə əfv olunub. Ermənistanda isə düşünürlər ki, Macarıstan qanunları məhkəmə qərarı ilə pozulub və təkcə bu hadisə Macarıstanın Aİ və NATO-dan çıxarılmasına kifayət edir. Amma bu, baş verməyib. Macarıstan NATO-da hələ də var.

Erməniləri narahat edən bir məsələ də var. Oktyabrın 26 və 27-də Belçikanın paytaxtında keçirilən Aİ liderlərinin sammitində Orban Ukraynaya 50 milyard avro maliyyə yardımı ayrılmasına qarşı çıxıb. Macarıstanın baş naziri “Ukrayna üçün pul lazımdırsa, bizim üçün də pul lazımdır” kimi bəyanatlar əsasında Aİ-ni daha vacib məsələlərin həllinə yönəltməyə çalışıb. Aİ-də isə Macarıstanın mövqeyi dəstəklənib. Üstəlik, ona başqa ölkələri də qiymətləndirmək imkanı verilib. Belə ki, noyabrın 10-da Orban bildirib ki, Avropa İttifaqı Ukrayna ilə üzvlük danışıqlarına girməməlidir. Ermənilər isə bunu Orbanın Putinin maraqlarına xidmət etməsi kimi hallandırırlar.

Nədənsə Ermənistan Cənubi Qafqazda gedən 30 illik proseslərin, işğal faktının arxasında İrəvanın və onun Avropadakı dostlarının əli olduğunu unudur. Ermənistan onu da qəbul etmək istəmir ki, dövlət kimi yaradılmasında əsas məqsəd türk-müsəlman dünyasında məxlətə salmaq, qarışıqlıq yaratmaqdır. Bunu da hələ ki, Ermənistan bacara bilib. Amma 20220-ci ilə qədər. Bundan sonra proseslərin İrəvanın arzu və istəyi ilə getməyəcəyi gün kimi aydındır. Çünki, Cənubi Qafqazdakı bütün vəziyyət, o cümlədən proseslərin hansı istiqamətə gedəcəyi Azərbaycandan soruşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə