Moskvada tikinti meydançasında baş verən dava...

...16 nəfər saxlanılıb

...Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidməti Moskvada tikinti meydançasında baş verən davadan sonra 16 nəfərin saxlanıldığını bildirib.

SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Münaqişə Akademika Komarova küçəsində yerləşən tikinti meydançasında yaranıb.

Saxlanılan on altı nəfərdən yalnız ikisinin davanın fəal iştirakçısı olduğu qeyd edilir.

...Dərhal hadisə yerinə gələn polis əməkdaşları 16 vətəndaşı əlavə araşdırma üçün ərazi bölməsinə aparıblar. Araşdırma zamanı polis davanın fəal iştirakçıları olduğu ehtimal edilən şəxsləri müəyyən edib. Onların 27 və 33 yaşlı iki miqrant olduğu məlum olub, - idarədən bildirilib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi - “Xuliqanlıq” ilə cinayət işi açılıb. Bundan başqa, saxlanılan iki nəfər barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 18.10-cu maddəsi - “Xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Rusiya Federasiyasında qanunsuz əmək fəaliyyətinin həyata keçirilməsi” ilə bağlı inzibati materiallar tərtib edilib.

Bundan əvvəl Sankt-Peterburqda qanunsuz miqrasiya işi ilə bağlı 10 nəfər saxlanılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə