Odessa limanında güclü yanğın baş verib

Odessalılar dəniz limanında baş verən güclü yanğının foto və videolarını yayımlayıblar.

100 metrlik estakadayanı alov bürüyüb, yanğınsöndürənlər yanğını lokallaşdırmağa çalışırlar.

Limanın üzərindən qara tüstü sütunu şəhərin hər yerindən görünür.

Kiyevdə də partlayışlar baş verib.

Liman ərazisində özünü tapan vətəndaşlar kəskin üfunət iyidən şikayətlənirlər.

Saat 14:36-da Kinjal hipersəs raketlərinin daşıyıcısı olan MiQ-31K təyyarəsinin Rusiyada havaya qalxması ilə əlaqədar bütün Ukrayna ərazisində hava hücumu həyəcanı elan edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə