Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi və sürətlə o yerlərdə quruculuq, bərpa işlərini həyata keçirməsi bəzi anti-Azərbaycan dairələrini narahat etməyə başlayıb. Məkrli qüvvələr uğurlara kölgə salmaq üçün müxalif məxluqlardan, xüsusilə də Avropanın, ABŞ-ın qaranlıq dairələri tərəfindən maliyyəşən Əli Kərimli, Arif Hacıyev, Tofiq Yaqublu, İlqar Məmmədov, Cəmil Həsənli və digərlərindən alət olaraq istifadə edirlər. Dağıdıcı müxalifət məkrli ünsürlərin ayırdıqları maliyyə vəsaitinə şirnikərək insanları çaşdırmağa hesablanan açıqlamalarla çıxış edir, populist statuslar paylaşmaqla cəmiyyətin diqqətini özlərinə cəlb etməyə çalışırlar.

Son günlər əl tulası kimi meydana buraxılan Müsavat partiyasının və “Milli Şura”nın üzvü Tofiq Yaqublu qüsurlu əqidəsinə, ləkəli məfkurəsinə uyğun olaraq ağzını açıb, gözünü yumub. İnternet TV-lərdə, sosial şəbəkələrdə Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı sərsəm fiklirlər səsləndirir. Deyir ki, “ermənilərlə qardaş olmaq üçün gərəkdir ki, güzəştlərə gedilsin”. Həm də söyləyir ki, “polisdə saxlanılarkən onu döyüblər, türmədə olarkən ona qarşı zor tətbiq olunub”.

Məxluq necə sərt göstəriş alıbsa, Qənimət Zahidin təbliğat maşını olan TV-sinə verdiyi müsahibəsində Azərbaycan dövlətini işğalçı qüvvələrlə müqayisə edir. Bununla o, Azərbaycan xalqına və dövlətinə qarşı düşmən münasibətdə olduğunu açıq şəkildə nümayiş etdirir. Özünü azərbaycanlı adlandıran bir şəxs Azərbaycan dövlətini necə “işğalçı qüvvə” kimi təsvir edə bilər? Deməli, xəyanətkardır, satqındır.

Ümumiyyətlə, T.Yaqublunun qüsurlu tərcümeyi-halına nəzər yetirəndə aydın olur ki, satqınlıq onun xislətində var və bu titulu uzun illərdir ki, çiyinlərində gəzdirir. Son vaxtlar sərsəm açıqlamalar verməklə özünü daha da inkişaf etdirdiyini ağalarına göstərir. Bu yolla o həm ağalarından bir yağlı “malades” almağa çalışır, həm də Müsavat başqanı A.Hacılının xəstə olmasından istifadə edərək onun yerini mənimsəməyə ümid bəsləyir.

İnternet TV-yə müsahibəsində T.Yaqublu içkili vəziyyətdə olduğunu qırıq-qırıq, intonasiyasız fikirlər tələfüz etməklə göstərir. Məsələn, o Zəngəzur dəhlizi ideyasını “Azərbaycan dövlətinin avantürası” olduğunu bildirir. Birincisi, Zəngəzur Azərbaycanın milli məsələsidir, o torpaqlara mütləq qayıdış baş tutacaq. İkincisi, Zəngəzur dəhlizinin açılması Azərbayacan yeni siyasi-dipomatik qələbələr və iqtisadi imkanlar vəd edir. İçkili vəziyyətdə internet TV-yə çıxan T.Yaqublu Koçaryan, Sarkisyan, Arayik Artunyan və digər zibillər kimi danışır və Zəngəzur dəhlizinin açılması məsələsindən ciddi narahatlıq keçirdiyini nümayiş etdirir. Sual yarana bilər, niyə axı, o ki özünə azərbaycanlı deyir? Cavabı sadədir, Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçilən dairələrdən qrant qoparmaq üçün erməni lobbisi və revanşistlərlə eyni tezisləri səsləndirir.

Eyni zamanda sual oluna bilər, bu məxluq niyə bir dəfə də olsun Nijde Qaragenə heykəl qoyulmasına etiraz etməyib? Nədən Fransa prezidenti Makronun qondarma “erməni soyqırımı” barədə qərarına və Fransa parlamentinin Qarabağla bağlı separatçı qərarına etiraz etməyib? Çünki içinizdə milli hiss yoxdur, Azərbaycanın güclənməsindən, regionun qüdrətli dövlət olmasından narahatsınız. O ki qaldı polisdə döyülməyiniz barədə iddianıza və türmədə zorakılıqla üzləşməyiniz haqqında cəfəng uydurmanıza, təbii ki, hamısı absurddur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin sözçüsü mətbuata açıqlamasında bildirmişdir ki, Tofiq Yaqublunun polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır: “T.Yaqublu polis bölməsinə gətirildiyini bildirərək özünü divarlara çırpıb, bəzən də əlləri ilə üzünə zərbələr vuraraq özünə xəsarət yetirməyə cəhd edib. Onunla profilaktik söhbətlər aparılıb. Tofiq Yaqublu isə karantin qaydalarını pozmadığını deyərək otaqda qəflətən bir neçə dəfə öz yumruqları ilə üz nahiyəsinə xəsarət yetirib. T.Yaqublu saat 17:45-də sərbəst şəkildə polis bölməsini tərk edərək gedib”.

Türmədə zorakılğa məruz qalması iddiasına gəlicə isə, doğrudan da T.Yaqublu qapalı həbsxanada zorakılığa məruz qalsaydı, o, bu gün danışmağa cəsarəti çatmazdı. Ən azı utanardı, xəcalət çəkərdi. Deməli, belə hal baş verməyib. Ümumiyyətlə, çərənləmək T.Yaqublu kimilərin alın yazısına, həyat fəlsəfəsinə çevrilib. Belələri siyasətdə var olduqca siyasətin müəyyən hissəsində çirkinlik mövcudluğunu saxlayacaq.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə