Yadıma gəlir, 1988-1989-cu illər idi. İkinci-üçüncü siniflərdə oxuyurduq. İndiki uşaqlardan fərqli olaraq həyat barədə, gələcək haqqında düşüncə və məlumat ehtiyacımızı yutub, feysbuk, tiktok kimi nəzarətsiz sosial şəbəkələrdən deyil, o zamanın ədəbiyyat yazılarından ödəyirdik. Artıq dördüncü sinifdən başlayaraq xəyallar qurmağa başlayar, böyüyəndə hansı peşənin sahibi olacağımız barədə əməllicə baş sındırardıq. Ən tanınmış yazıçıların tələbəlik və gənclik barədə əsərlərini daha çox acgözlüklə oxuyar, bəzən həmin əsərlərdəki qəhrəmanlara bənzər xəyallar da qurardıq. Xüsusilə tələbəlik illəri, Bakıda təhsil almaq kimi daha real arzular xəyal pərimiz sayılardı. Əli Kərim, İlyas Əfəndiyev, Anar, Elçin, Əkrəm Əylisli kimi yazıçıların əsərləri diqqətimizi daha çox cəlb edirdi. O zaman “Ədəbiyyat” və "Azərbaycan” kimi nəhəng və çoxminli oxucu kütləsi olan jurnallar var idi və yaxşı yadımdadır ki, balaca bir kənddə o jurnallar evdar qadından, sovxozun mühasibindən, baza müdirindən başlamış hər kəsin istirahət günlərində ən sevimli məşğuliyyəti sayılırdı. Mühasib Kamil kişidən evdar Məryəm xalaya qədər hər kəs üçün informasiya, düşüncəsini, dünyagörüşünü yeniləmək vasitəsi sayılırdı bu jurnallar.

Bütün bu dediklərim uşaqlıq yaddaşımda ədəbiyyatla bağlı ən gözəl və həm də ən vacib xatirə kimi iz qoyub. O zaman bu iki ədəbiyyat jurnalı üstündə yaranan mübahisələr də, həm şəhərdə, həm də ən ucqar kəndlərdə insanların ədəbiyyata bu dərəcədə acgöz münasibəti də məhz o vaxtlar ictimai şüurun iliyinə qədər işləyən ƏDƏBİYYATIN qələbəsi sayılırdı. Zəkanın artması, düşüncələrin yenilənməsi birbaşa ƏDƏBİYYAT “KÖRPÜSÜNDƏN” keçib gəlirdi. Uşaqlıq illərimizdə mənəvi dəyərlər, sağlam dünyagörüşü barədə ilkin informasiyamız, məhz ədəbiyyat səhifələrindən başlanardı.

Amma... amma 90-cı illərdən “dibi qurumuş ədəbiyyat”ın yerində indi nəzarətsiz, əxlaq və insan zəkasına qənim kəsilmiş xaotik, aşağı səviyyəli sosial şəbəkə “ədəbiyyatı” at oynadır. Hətta ən körpə uşaqların bütün günü sosial şəbəkələrdə eşələndiyi, insan övladının hər şey barədə ilkin informasiyanı ata və anadan daha çox sosial şəbəkələrdən əxz etdiyi bir zəmanədə yaşayırıq. Hər kəs məhz buradan oxuyur, hər kəs məhz buradan öyrənir və hər kəs də məhz buradan aldığı məlumatla düşünür. Mənfidir, olduqca təhlükəli siqmentdir sosial şəbəkələr. Xüsusilə, uşaq və yeniyetmələrin dünyagörüşü və gələcək şəxsiyyət kimi formalaşması üçün əsl informasiya və ideoloji “qəssabdır” sosial şəbəkələr. Amma reallıq da budur ki, indiki zəmanə uşaqlarının, gənclərin dünyagörüşü baxımından ən ibtidai informasiya ehtiyaclarını ödəyəcək ALTERNATİV VƏ DÜRÜST İNFORMASİYA MƏKANI da yoxdur. Onların düşüncələrini, gələcək fikirlərini, şəxsiyyət kimi formalaşmalarını nizamlayan informasiya daha yoxdur!

Açıq deyirəm, 20-30 il bundan sonrakı Azərbaycan cəmiyyətini bu sosial şəbəkələr fonunda təsəvvür edəndə indidən məni soyuq tər basır. 44 günlük tarixi zəfər müharibəsi özü çox böyük bir ədəbiyyatdır, ən populyar filmlərin ssenarisidir, yüzlərlə vətənpərvər film üçün materialdır. Bəs hanı? Zəfət tariximizə dair neçə əsərlər, poemalar yazılıb, neçə filmlər çəkilib? - ümumən götürdükdə HEÇ NƏ! Bəs onda hanı şairin yazıçın sənin? Əsəri, romanı, hekayəsi elə bu sosial şəbəkələrdə də olsun əl-əl gəzən bircə şair və yazıçı tanımıram. Mən əsərləri, hətta yazdığı cızma-qara olsa belə əl-əl gəzən yazardan danışıram. Gənclərin düşüncə və şəxsiyyət kimi formalaşmasına hakim kəsilən müasir ədəbiyyat hardadır, nədən bu sosial şəbəkələrdə acgözlüklə oxunacaq fikir və əsərlərin əvəzinə cinsi azlıq və ləçərlərin rəzalət dolu “simalarını” görməyə məhkumuq? Qurultay keçirməklə dibi qurumuş ədəbiyyata həyat vermək mümkün deyil, cənablar!

Ortada acı tablo var: məhv olmuş ədəbiyyatdan sonra ortada at oynadan, mənəvi dəyərlərimizə, uşaq və gənclərimizin şəxsiyyət kimi yetişməsinə qənim kəsilən xaotik sosial şəbəkələr!

Bəzi qudurmuşların “saxladıqları” cinsi azlıqların öz sərvətlərini, azğın həyatlarını bütün günü reklam etdikləri, binamus-həyasız kəslərin namuslu insanlara əxlaq “dərsi” keçdikləri sosial şəbəkələr bu gün ölmüş ədəbiyyatı “əvəz” edirsə, əsl faciə budur. Bu, əsl dəhşətli və acı REALLIQDIR! Uşaq və yeniyetmələrimizin ilk “dərs alacağı” mənbə zəngin ədəbiyyat əvəzinə sosial şəbəkədəki cinsiz azlıqlar və binamus fahişələr olacaq onda gələcəyimiz üçün əsl üşütmə keçirməyə gecikmişik belə. "Tik-tok"lara, feysbuklara, tutub səhifələrinə təkcə olmayan ədəbiyyatımız, düşüncə və fikirlərimiz deyil, həm də artıq bütöv bir GƏLƏCƏYİMİZ UDUZUB!

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə