Əslində köşənin sərlövhəsi, yaxud buradakı sualın məğzi hər bir azərbaycanlıya kifayət qədər məlumdur. Sadəcə, mövzu paralel olaraq həm də başqa məsələdədir. Misal üçün, sual edə bilərik ki, əcəba, fransız jandarmları Ermənistanın ambisiyalarına görə canlarını qurban verməyə hazırdılarmı? Yaxud, onlar buna hazır olsalar belə, mənasız ölümlərini çoxmu istəyirlər? Tutaq ki, onlar cib dəftərçələrinə Azərbaycanın “açdığı atəşlərin” sayını qeyd edəcəklər, bəs Ermənistanın təxribatları necə fiksasiya ediləcək, ya da ümumiyyətlə ediləcəkmi?
Və ən əsas sual: fransızlar öz oğul və qızlarını ermənilərin təxribatlarına mütləq şəkildə cavab verəcək Azərbaycan Silahlı Qüvvələrinin atəşləri altına atmağa bu qədərmi razıdırlar?
Bax, bu yerdə köhnə, lakin hər zaman öz yerində dayanan bir ibarəni xatırlatmaq olar – cinayətkarın milləti olmur, o da qala bir ölkənin ərazi bütövlüyünə qarşı iddia edən, hər an silahlı təxribat törətməyə hazır olan, azərbaycanlıların qanına susayan bir ölkənin terrorçu silahlı qüvvələri ola. Həmin cinayətkar yalnız erməni deyil, fars, suriyalı, rus, livanlı, hətta fransız da ola bilər. Onları isə bir söz birləşdirir – CİNAYƏTKAR!
Daha sonra isə ən yaxın məsafədə olan Yelablur gorbagorxanası, ya da ən yaxşı halda gəldikləri ölkələrinin məzarlıqları, əlbəttə uğrunda canlarını verdikləri erməni terrorçuları onları göndərməyə macal taparlarsa...
Ermənistandakı revanşistlər xüsusilə Türkiyədəki zəlzələdən sonra əl-ayağa düşüblər. Gah farslarla Azəərbaycanın Laçın rayonuna hücum üçün təxribat planı qururlar, gah da bir az da irəliyə gedərək Türkiyəyə hücum etməyin zamanının çatdığını sərsəmləyirlər.
Amma daha bir məsələ də var. Əgər Avropa İttifaqı, daha dəqiq desək, fransızlların təhriki və inadı sayəsində göndərilən missiya həqiqətən də ermənilərə dərindən etibar etsəydi, indiyə qədər gözləməzdi. Dallarından təpiyi ilişdirib, “haydı, Azərbaycana qarşı hücuma keçin!” əmrini verərdi ermənilərə. Amma demir və deməyəcək də. Yəni buna cürət etməyəcək. Çünki qarşıda elə bir dövlət(lər) dayanıb ki..!
Ancaq erməni revanşistləri də bir reallığı qəti olaraq bilirlər. Bilirlər ki, nəinki Aİ, hətta böyük bacılarının göndərdiyi fransız jandarmları da onları son anda tənha qoyacaq. Revanşistlər isə növbəti dəfə işlənmiş ayaqyolu kağızlarından başqa heç nəyə dönüşməyəcəklər.
Fakt isə budur – Zəngəzur dəhlizi yalnız Azərbaycana və Türkiyəyə lazım deyil. Bu dəhliz elə Avropanın özünə də, Asiyaya da, Yaxın və uzaq Şərqə də, Rusiyaya da, hətta indi inadla üz-gözünü cıran Ermənistana da hava-su kimi lazımdır. Bəlkə də Gürcüstana elə də sərf etmir, amma İran iki ayağını dirəyib bir başmağa. Belə olan halda kiçik bacıları ermənilərə qahmar çıxmağa gələn fransız jandarmları heç olmasa bunu düşünüblərmi? Çünki bildiyimiz qədər İranın molla rejimi fransızlarla da düşmən münasibətindədir. Lap tutaq ki, fransız jandarmları ermənilərin təxribatlarının güdazına getdilər. Bəs onda belə çıxmırmı ki, onlar fars-molla rejiminə görə də canlarını təhlükə altına atırlar? Yəqin ki, Paris gec də olsa bu barədə düşünməyə vaxt tapacaq. Nə qədər ki, gec deyil...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB