ABŞ-da 10 sentlik sikkə 1,32 milyon dollara satıldı

Birləşmiş Ştatların Çikaqo şəhərində keçirilən hərracda ABŞ-da 1894-cü ildə buraxılmış 10 sentlik sikkə 1,32 milyon dollara satılıb. SBS telekanalının saytında yer alan məlumatda deyilir ki, 125 il bundan əvvəl dövriyyəyə buraxılmış bu 12 sikkədən birinin alıcısı “Real Salt Lake” futbol klubunun sahibi və numizmatika kolleksiyaçısı Dell Loy Hansen olub.

Telekanalın xəbərində bildirilir ki, kolleksiyaçı 1792-ci ildən bəri buraxılan sikkələrin kolleksiyasını toplayır. Qeyd olunur ki, 2016-cı ildə keçirilmiş hərracda 125 il bundan əvvəl buraxılmış digər sikkə 2 milyon dollara satılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə