Milli Barışıq Hökuməti genişmiqyaslı əməliyyata hazırlaşır

Liviyanın Milli Barışıq Hökumətinin (MBH) qüvvələri Tripolidə marşal Xəlifə Xaftarın Liviya Milli Ordusuna (LMO) qarşı genişmiqyaslı əməliyyata hazırlaşdıqlarını bəyan ediblər.

SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, MBH-nin Twitter səhifəsində verilən bəyanatda Xaftarın üsyançılarının ləğvi məqsədilə hücuma keçmək üçün zirehli maşınlar, döyüş vasitələri, digər müxtəlif növ silahlarla Tripolinin müdafiə qabiliyyətini yüksəldir.

Qeyd edək ki, Liviya Milli Ordusunun (LMO) komandanı marşal Xəlifə Xaftar aprelin 4-də öz qvvələrinə “Tripoliyə hücum” əmrini verib. Xaftar ordusu Liviyanın paytaxtından cənubda yerləşən Qaryan və Surman şəhərlərində hakimiyyəti ələ keçirib.

Həmçinin bildirək ki, 2011-ci ildə Liviya lideri Muammər Qəddafi devrilərək qətlə yetirildikdən sonra bu ölkə hərbi-siyasi böhran burulğanından yaxa qurtara bilmir. Hal-hazırda ölkədə ikihakimiyyətlilik hökm sürür.

Ölkənin şərqində Aqil Salehin rəhbərliyi ilə xalq parlamenti və LMO ilə əməkdaşlıq edir. Qərbində və mərkəzdə isə BMT-nin və Avropa İttifaqının dəstəyi ilə Fəyyaz Sərracın milli barışıq hökuməti fəaliyyət göstərir.

Qeyd edəkki, Xəlifə Xaftarın Liviya Milli Ordusu (LMO) MBH-nin Tripoli uğrunda mübarizəsi aprelin 4-də başlayıb. Hal-hazırda paytaxt Tripoli rayonunda mövqe döyüşləri gedir. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, aprelin 4-dən davam edən döyüşlərdə 451 nəfər ölüb, 2100 nəfər şəxs isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...