Tereza Mey: "Sergey Skripala sui-qəsddə Rusiya günahkardır"

"Böyük Britaniya yaxın günlərdə öz müttəfiqləri və tərəfdaşları ilə birgə Rusiya XİN-in cavab tədbirindən sonra atacağı addımları müzakirə edəcək."

Axar.az xəbər verir ki, bu barədə Britaniya Baş naziri Tereza Mey Mühafizəkarlar Partiyasının yaz forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Rusiyanın reaksiyası və cavab tədbirləri Britaniya ərazisində iki nəfərə qarşı sui-qəsd faktını ortadan qaldırmır. Mey bir daha təkrarlayıb ki, Sergey Skripala sui-qəsddə Rusiyanı günahkar sayır:

Qeyd edək ki, Londonun 23 rus diplomatı ölkədən qovacağına qərarına cavab olaraq Rusiya da eyni sayda ingilis diplomatı “non qrata” elan edəcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə