İngilis polisi rusiyalı iş adamının ölümünü qətl kimi araşdırır

Böyük Britaniya polisi Boris Berezovskinin işgüzar partnyoru biznesmen Nikolay Qluşkovun ölümünü qətl kimi araşdırır. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə London polisinin məlumatında bildirilir.

“Meyitin yarılması nəticəsində N.Qluşkovun boğularaq öldüyü müəyyən edilib”, məlumatda deyilir. Qeyd edək ki, 68 yaşlı Nikolay Qluşkov martın 13-də Londonda dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə