Qazaxıstandan Lavrova sərt cavab: "Bu suveren haqqımızdır"

Başqa ölkələrin vətəndaşları üçün vizasız rejim təqdim edilməsi Qazaxıstanın suveren haqqıdır. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Xarici İşlər Nazirliyi yayıb. Nazirlik Avrasiya İttifaqının siyasi birlik olmadığını və Qazaxıstanın ABŞ vətəndaşları üçün vizasız rejim tədbiq etməsinin Aİ-də müzakirə edilə bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, bundan öncə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qazaxıstanın ABŞ vətəndaşlarına vizasız rejim tədbiq etməsinin Avrasiya İttifaqı ilə razılaşdırması gərəkdiyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə