ABŞ-dan ŞOK etiraf: "Suriya və İraqda 800-dən çox dinc sakini öldürdük"

ABŞ-ın başçılıq etdiyi koalisiya Suriya və İraqda apardığı hərbi əməliyyatlarda 800-dən çox dinc sakini öldürdüyünü etiraf edib. Bu barədə RİA məlumat yayıb. “Birgə Əməliyyatlar Mərkəzinin əldə etdiyi bilgilərə istinad edərək söyləmək mümkündür ki, koalisiya başlatdığı əməliyyatlardan bu günə kimi 841 dinc sakinin həyatına son qoyub”, - bildirilib.

Həmçinin qeyd edilib ki, mülki şəxslərin ölümü ilə bağlı 485 məktub da araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə