Bərzanidən növbəti açıqlama: "Müqaviləni uzatmağa hazırıq"

"Əgər belə bir istək varsa, o zaman İraq ordusu ilə müqaviləni uzatmağa hazırıq." Axar.az xəbər verir ki, bu barədə İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani bildirib.

“Ötən gecə peşmərgə və İraq ordusu arasında Kərkükün Havicə mahalının azad edilməsi ilə bağlı razılaşma əldə olundu. Biz İraq tərəfdən belə bir istək olacağı halda müqaviləni uzatmağa hazırıq”, - Bərzani deyib.

Xatırladaq ki, razılaşmaya əsasən, peşmərgə İraq ordusunun Kərkükün cənubuna keçməsinə icazə verəcək, miqrantların keçməsini təmin edəcək, nəqliyyata ehtiyacı olan İraq ordusuna dəstək verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə