"Bu, İŞİD-lə mübarizənin sona gəldiyini göstərəcək"

"Deyr əz-Zorun azad edilməsi İŞİD-lə mübarizədə həlledici rol oynayacaq." Axar.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib. “Bu gün hər kəsin İŞİD-lə mübarizəyə kökləndiyini söyləyə bilərik. Deyr əz-Zor kimi Suriyada açar rolunu oynayan nöqtələr mövcuddur. Bu strateji nöqtələrdən ən önəmlisi elə Deyr əz-Zordur. Buradakı insanlar illərdir ki, mübarizə aparır. Bu, İŞİD-lə mübarizənin sona gəldiyini göstərəcək Fərat çayı üzərindəki şəhərdir”, - nazir bildirib.

Qeyd edək ki, Rusiya Hərbi Hava Qüvvələrinin dəstəyini alan Suriya ordusu Deyr əz-Zora doğru hücuma hazırlaşır.

loading...