Badmintonçularımız “Egypt International 2019” turnirinə qatılacaqlar

Azərbaycan badmintonçuları oktyabrın 17-dən 20-dək Misirin paytaxtı Qahirədə keçiriləcək “Egypt International 2019” turnirinə qatılacaqlar.

SİA-nın məlumatına görə, turnirdə ölkəmizi kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edəcəklər.

Badmintonçularımız mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaqlar.

Qeyd edək ki, turnirdə 60 kişi və 49 qadın badmintonçu iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...