"Real"dan 15 ildən sonra ilk antirekord

“Real” Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda PSJ-yə məğlub olub – 0:3. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada Madrid təmsilçisi 90 dəqiqə ərzində PSJ-nin qapısına dəqiq zərbə vurmayıb.

“Real”ın futbolçuları tərəfindən oyunboyu endirilən 10 zərbə də hədəfə getməyib. “Kral klubu” sonuncu dəfə 2003/2004 mövsümündə bir rəsmi oyunda qapıya dəqiq zərbə endirməmişdi.

“Real”, həmçinin 2006-cı ildən bu yana ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...