“Milan" İvan Striniçə qapını göstərdi!

“Milan" futbollçusu İvan Striniçlə yolları ayırıb. “Sky Sport Italia" xəbər verir ki, "qırmızı-qaralar" xorvatiyalı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib. Qeyd edək ki, ötən yay "Sampdoriya"dan "Milan" keçən Striniçlə 2 illik müqavilə imzalamışdı. Xorvatiya millisinin üzvü ürəyindəki problemlərə görə “Milan”da heç bir rəsmi oyuna çıxmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...