"Qarabağ" Avstriyada ilk məşqinə çıxıb

Yay təlim-məşq toplanışı üçün Avstriyaya gedən "Qarabağ" sözügedən ölkədə hazırlıqlara başlayıb. Klubun saytında yer alan xəbərə görə, komanda bu gün yerli vaxtla 11:15-də (Bakı vaxtı ilə 13:15) toplanışın ilk məşqinə çıxıb və hazırlıq 90 dəqiqə davam edib. Fiziki çalışmalara üstünlük verilən məşqdə milli komandalardan gələn futbolçular da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...