"Həddindən artıq ciddi və diqqətli olmalıyıq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirib. Klubun rəsmi saytında yer alan məlumata görə, təcrübəli mütəxəssis bu mərhələdə qarşılaşacaqları Albaniya çempionu "Partizani"nin ciddi rəqib olduğunu söyləyib: "Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq. Albaniya klubları çox intizamlı oyun göstərirlər. Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqibdir, keçən mövsümki komandayla bu ilki arasında fərq çox olacaq, həm məşqçi dəyişikliyi, həm də ola bilər ki, yeni transferlər. Həddindən artıq ciddi və diqqətli olmalıyıq".

Qeyd edək ki, ÇL-də 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək. "Qarabağ" ilk matçı səfərdə keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...