AFFA İK “Qəbələ” və “Sumqayıt”ı cərimələdi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

19 may 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Azərbaycan kubokunun final oyunu olan “Qəbələ” - “Sumqayıt” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 90+5-ci dəqiqəsində “Sumqayıt” klubunun 7 №-li futbolçusu Cavid Tağıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 37.1).

Bütün xəbərlər Facebook səhifəmizdə