İngiltərə çempionatında yeni rekord!

Futbol üzrə İngiltərə Premyer Liqasının XXXI turundan təxirə salınan "Uotford" - "Sautgempton" matçında yeni rekord qeydə alınıb. Belə ki, "Sautgempton"un futbolçusu Şeyn Lonq Premyer Liqa tarixinin ən erkən qoluna imza atıb. 32 yaşlı hücumçu qarşılaşmanın 7-ci saniyəsində fərqlənib.

Bundan əvvəlki göstərici isə "Tottenhem"in sabiq futbolçusu Ledli Kinqə məxsus idi. İngiltərəli müdafiəçi 2008-ci ildə "Bredford"la matçın 9-cu saniyəsində qol vura bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə