PSJ baş məşqçisinə yeni müqavilə təklif edib

PSJ baş məşqçisi Tomas Tuhellə bağlı qərarını verib. "L`Equipe" nəşrinin yazdığına görə, almaniyalı mütəxəssisə yeni müqavilə təklif olunacaq. Çempionlar Liqasındakı uğursuzluğa baxmayaraq, klub rəhbərliyi çalışdırıcının 2020-ci ildə başa çatacaq sözləşməsinin müddətini daha bir il uzatmaq istəyir.

Qeyd edək ki, PSJ 1/8 final mərhələsində "Mançester Yunayted"ə uduzaraq, ÇL-də mübarizəni dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə