İspaniya Portuqaliya və Mərakeşlə birgə dünya çempionatına ev sahibliyi etmək istəyir

İspaniya 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatını Portuqaliya və Mərakeşlə birlikdə təşkil etməyi planlaşdırır. "Report" "El Pais"ə istinadən xəbər verir ki, ölkənin baş naziri Pedro Sançes bunun üçün danışıqlara başlayıb. O, hazırda Mərakeşin paytaxtı Rabatdadır. O, burada Mərakeş hökumətinin nümayəndələri ilə görüşüb. Sançesin Mərakeş Kralı VI Məhəmmədlə də görüşəcəyi gözlənilir.

İspaniya tərəfinin təklifinin müsbət qarşılandığı bildirilir. Qeyd edək ki, 2022-ci il dünya çempionatı Qətərdə, 2026-cı mundialı isə ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə