"Real"ın daha bir futbolçusu zədələnib

Madrid "Real"ının daha bir futbolçusu zədələnib. "Marca" nəşrinin yazdığına görə, komandanın müdafiəçisi Serxio Reqilon sıradan çıxıb. La Liqanın 12-ci turunda “Selta” ilə matçda zədələnən futbolçunun 1 ay meydana çıxa bilməyəcəyi məlum olub. O, “Real”ın Çempionlar Liqasında “Roma”, İspaniya kubokunda “Melilla”, La Liqada “Eybar”, “Valensiya” və “Hueska” ilə qarşılaşacağı oyunlarda iştirak edə bilməyəcək. Qeyd edək ki, Madrid klubunda Rafael Varan, Xesus Valyexo və Naço Fernandes də zədədən əziyyət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə