Fatih Terimin əməliyyatı uğurla keçib

"Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terim əməliyyat olunub. İstanbul klubunun rəsmi saytında yer alan məlumatda deyilir ki, 65 yaşlı mütəxəssis sinusitdən (burunətrafı ciblərin selikli qişasının iltihabı) əziyyət çəkdiyi üçün cərrahi müdaxiləyə ehtiyac duyulub. Əməliyyatın uğurlu keçdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə