"Neftçi” futbol klubunun tərəfdaşları arasına daha bir şirkət daxil olub. Bu, "Mineral Sular” MMC-dir. Tərəflər arasında bağlanmış 1 illik müqaviləyə əsasən, "Mineral Sular” MMC bu müddət ərzində "Neftçi” PFK-nın bütün su təminatını öz üzərinə götürüb. Razılaşmanın şərtlərinə görə "Neftçi” və "Neftçi-2” komandalarının oyun formalarının qoluna şirkətin "Vita1000 Mineral Sular” brendinin loqosu vurulmaqla yanaşı, qarşı tərəfə digər reklam xidmətləri də göstəriləcək.

Hər bir əməkdaşlığa çox önəm verən "Neftçi”nin əsas tərəfdaşları SOCAR və Türk Hava Yolları şirkətidi. Yeni sponsorlar axtarışını davam etdirən klub yaxın zamanda daha bir şirkətlə tərəfdaşlıq müqaviləsi imzalayacaq. (klub saytı)

Bütün xəbərlər Facebook səhifəmizdə