PSJ hücumçusu Neymarı sata bilər. “Sport.es”in yaydığı xəbərə görə, fransız klubunun UEFA-nın mümkün sanksiyasından yayınmaq üçün bu addımı ata biləcəyi iddia olunur. Qurum Paris təmsilçisinə edilən qəribə sponsorluq təklifləri ilə bağlı araşdırmanı davam etdirir. Qərarın avqustun sonuna qədər açıqlanacağı gözlənilir.

Düzdür, PSJ rəhbərliyi hər şeyin qaydasında olduğuna əmindir. Ancaq parislilər UEFA-dan gələ biləcək hər hansı mənfi cavaba da hazırlıqlıdır. Əgər qurum fransızların əleyhinə qərar qəbul etsə, klub rəhbərliyi vəziyyətdən çıxmaq üçün Neymarı satmağı da gözə alıb.

Qeyd edək ki, “Real” Braziliya millisinin üzvü üçün PSJ-yə 300 milyon avro ödəməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə