“Bayer” heyətini gücləndirib

Bundesliqada başa çatan mövsümü 5-ci pillədə tamamlayan “Bayer” heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, Leverkuzen təmsilçisi “Ayntraxt”ın qapıçısı Lukaş Qradetskini transfer edib. Slovakiya əsilli finlandiyalı əlcək sahibi ilə 2023-cü ilə kimi müqavilə bağlanıb.

Finlandiya millisinin üzvü olan 28 yaşlı qapıçı TPS, “Brondbü”, “Esbyerq” kimi klublarda çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə