Azərbaycan Premyer Liqası UEFA-nın reytinqində irəliləyib

Son 10 ildə Avropa ölkələrinin milli futbol çempionatlarının UEFA reytinqində hərəkət cədvəli açıqlanıb. Ən böyük sıçrayışa nail olanlar “üçlüy”ündə Azərbaycan Premyer Liqası da yer alıb. 2008-ci ildə Premyer Liqa 42-ci sırada yer alırdısa, indi 16 pillə irəliləyərək 26-cı pilləyə yüksəlib.

Qazaxıstan çempionatı da 16 pilləlik yüksəlişə nail olub. Ən yaxşı nəticəni isə 21 pillə irəliləyən Belarus göstərib. Belə irəliləyişlər hər 3 ölkə komandalarının Avropa kuboklarındakı uğurlu çıxışları ilə əlaqədardır. İlk “beşlik”də İspaniya, Almaniya, İngiltərə, İtaliya və Fransa çempionatları qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...