Gültəkin Hacıbəyli, yalançı illüziyalarla haraya qədər? - ŞƏRH

Və yaxud ələkçinin "qıl verən" casusu

Bu gün dağıdıcı müxalifət düşərgədə təmsil olunanlar bütün mənəvi-əxlaqi sədləri aşaraq, Azərbaycanın uğurlarından qaşınmaya düşüblər. Xüsusilə də, özünü "Milli Şura"nın "cəfakeş" üzvü adlandıran, müxalifətçi libası altında mənəviyyatsızların hərəkətlərini görəndə, xüsusilə də Gültəkin Hacıbəyli əxlaqsızlara içimdə olan nifrətimi bildirmək üçün söz axtarışına çıxdım. Ancaq tapa bilmədim. Çünki Azərbaycan leksikonunda və dəyərli ata-babalarımızın ibrətamiz sözləri ilə danışmışıq, bu dəyərli sözlərdən bəhrələnmişik. Ancaq bu gün özlərini "müxalifətçi" adlandıranlar o qədər alçaq əməllər sahibidirlər ki, bundan sonra ünvanlarına nə desəm də, özümü günahkar saymayacağam.

"Yuyulmamış çömçə" Gültəkin Hacıbəyli ortada

Oktyabrın 19-da qaragüruh keçmişin lyukunu qaldırmaq üçün mitinq keçirmək istədi. Bu istəkdə olan, meydanda əsl çılpaqlıq nümayiş etdirən G.Hacıbəyli də yuyulmamış çömçə kimi ortaya düşərək canfəşanlığından geri qalmadı. Ancaq milyonların, yüz minlərin, on minlərin meydanlara axışacağına ümid edən Ə.Kərimli və yaxın ətrafı 200-250 nəfərlə siyasi bioqrafiyalarının ən dar, ən şanssız olayını qeydə almalı oldular. Bu gün, əslində, Əli Kərimli yox, «əlikərimçilik» iflasa uğradı. Ola bilsin ki, xəcalət avtoşokları olacaq, Osmanqızının kanalına Ə.Kərimlidən sızan hansısa daş parçaları ağrı verəcək. Qeybət və giley-güzar meydan sulayacaq. Amma bu meydan, heç bir halda, "28 May" metrostansiyasının qarşısındakı meydan olmayacaq. Nəhayət, bu gün 19 yanvardan doqquz ay keçdi. Doqquz aylıq hamiləlik bitdi. Qaragüruh gözləyirdi ki, atası "Milli Şura", anası Ə.Kərimli və ona dəstək verənlər, o cümlədən, G.Hacıbəyli, Cəmil Həsənli, L.Yunus və bu kimi dələduzlar müəyyən Qərb diplomatik nümayəndəliklərinə yalan məlumatlar verməklə, nəyəsə nail olacaqlar. Bu isə, mümkün deyil! Çünki Azərbaycan hüquqi dövlətdir, hər kəs də qanunlara riayət etməlidir. Və hər hansı bir beynəlxalq qurumun yayadığı yalan bəyanatlar faktlara əsaslanmır.

Leyla Abdullayeva: "Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir"

AR XİN mətbuat katibi Leyla Abdullayeva Avropa Ittifaqının bəyanatının şərh edilməsi ilə bağlı sualını cavablandırır: "Avropa İttifaqının bəyanatında onlarla insanın saxlanması barədə verilən məlumat yalandır". L.Abdullayeva deyib ki, qanunsuz aksiya keçirən şəxslərin əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb: "Azərbaycanda sərbəst toplaşma azadlığı təmin olunub. "Milli Şura"nın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə 50 nəfərin iştirakı ilə piket keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Buna baxmayaraq, onlar həmin ərazidə, faktiki olaraq, küçə yürüşü keçirməyə cəhd ediblər. "Sərbəst toplaşmaq haqqında" qanunun 9-cu maddəsinin III hissəsinin 1-ci bəndinə əsasən, müvafiq ali hakimiyyət binalarının 200 metr radiusunda keçirildiyi təqdirdə, mitinqlər, nümayişlər və küçə yürüşləri qadağan oluna bilər.

"Milli Şura"nın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılıb. "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri Lökbatan qəsəbəsi 28 May küçəsindəki "Neftçi" idman klubunun Qaradağ Təlim İdman Bazasında keçirilməsi təklif olunub. Buna baxmayaraq, şəhərin mərkəzi hissəsində qanunsuz aksiyanın keçirilməsinə cəhd olunub".

"Avropa İttifaqı tərəfindən öz burnunun ucunda olan hadisələrə göz yumulur. Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz"

XİN mətbuat xidmətinin rəhbəri nəzərə çatdırıb ki, polis qurumları tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb: "Polis kübar və mədəni davranış nümayiş etdirib, heç bir insan xəsarət almayıb. Avropa İttifaqı tərəfindən bu gün Barselonada baş verən hadisələrə, o cümlədən, dinc nümayişçilərə qarşı polis tərəfindən rezin güllələrdən istifadə olunması, mətbuat nümayəndələrinin döyülməsi, həddən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirilməsi yaxşı olardı. Fransada aylar ərzində nümayişçilərə qarşı tətbiq olunan polis qəddarlığı bütün insani davranış normalarını aşıb. 11 nəfər öldürülüb, minlərlə insan xəsarət alıb. Gözlərini itirmiş, şikəst olmuş insanlar var. Təəssüf ki, bu kimi hallarda da, ikili standartlar tətbiq edilir. Polisin mədəni davranışına xələl gətirilir. Avropa İttifaqı tərəfindən öz burnunun ucunda olan hadisələrə göz yumulur. Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz".

25 ildir ki, xaricdən aldığı sifarişlər əsasında qarayaxma kampaniyaları aparan müxalifətin yolu uçurum olum. Bu yolun yolçularından olan G.Hacıbəyli oktyabrın 19-da keçirilən mitinq zamanı da öz köhnə peşəsindən əl çəkməyərək, yalan məlumatları müəyyən Qərb diplomatik nümayəndəliklərinə ötürdüyünü deyir. Bax, buna nə ad vermək olar? G.Hacıbəyli nə qədər böhtan və yalanlar söyləyəcəksən? Elə bu yerdə 2009-cu ildə keçirilən referendum zamanı İTV-də keçirilən debatda «Hüquq və Demokratiya Təşviqat Qruppu»nun vəkili olan G.Hacıbəyli ilə İ.Qəmbər arasında baş verən insidenti yada salmaq yerinə düşər. G.Hacıbəyli "terrorçuları və casusları cəmiyyətə siyasi məhbus kimi sırıyanlar" deyəndə də, AXCP sədri Ə.Kərimlini və Müsavat başqanını nəzərdə tuturdu. Bu 10 ildə nə dəyişdi ki? Həmin vaxtlarda "məni müxalifətçi etmək olmaz" deyirdin, indi necə "müxalifətçi" oldun? Deputat olduğun müddətdə ölkə Prezidentimizin apardığı siyasəti təbliğ edərkən, çıxışına "əziz yeni azərbaycanlılar" müraciəti ilə başlayarkən dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim olmayan Gültəkindir. Doğrudan da, adamın yazığı gəlir buna. İnsanın Ə.Kərimlinin, İ.Qəmbərin, A.Hacılının, İ.Məmmədovun timsalında rəzil günə düşməsi, elə də təsirli deyil, ancaq qadının bu kökə düşməsi dəhşətdir.

Bu gün G.Hacıbəyli Ə.Kərimlinin icazəsiz mitinq keçirməsindən niyə ibrət dərsi götürmürsən, ay casus və minsifətli G.Hacıbəyli? Bəlkə elə zənn edirsən ki, Leninin oktyabr inqilabı kimi, nəyəsə nail olacaqsınız? Doğurdan da, çox abırsız və mənəviyyatsızsınız. Həyasızlıq bu qədər də olmaz. Amma nə Əli Lenindi, nə də sən "demokrat". Hər ikinizin və özünüz kimilərin bir adı var: NANKORLAR!

Ə.Kərimli hesab edirdi ki, onun ardıcılları həddən artıq çoxdur. Amma Ə.Kərimlinin heç 200 adamı da gəlmədi. 1993-cü ildə bu qaragüruhu və onun başlarını sükutuyla rədd edən xalq yenə də yox dedi, özü də birdəfəlik rədd etdi. Amma qanmazlar bu reallığı hələ qana bilmirlər.

Siyavuş Novruzov: "Onlar mitinq yox, təxribat həyata keçirməyi planlaşdırırdılar"

"Bu gün özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran qurum "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərini pozaraq, qeyri-qanuni şəkildə onlar üçün müəyyən olunmuş yerdə deyil, tamamilə başqa yerdə mitinq keçirməyi planlaşdırmışdılar".

Bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, istər Bakı Şəhər İcra Hakimiyyəti, istərsə də hüquq-mühafizə orqanları ərazinin mitinq keçirmək üçün münasib yer olmadığını bəyan etmişdi: "Çünki "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunda göstərilir ki, mitinq yalnız digərlərinin hüquqlarının pozulmasına yol açmayan yerlərdə keçirilə bilər. Amma onların təxribat yaratması səbəbindən insanların nəqliyyat hüququ pozuldu, habelə, üç metro stansiyanın fəaliyyəti dayandırıldı, çox sayda avtobusun marşrut istiqaməti dəyişdirildi".

S.Novruzov onu da bildirib ki, onlar mitinq yox, təxribat həyata keçirməyi planlaşdırırdılar: "Xalq da bunu başa düşdü və gördü. İnsanlar gördü ki, onların məqsədi hər hansı məsələyə etiraz etmək yox, qarşıdurma yaratmaq, Azərbaycanın artan nüfuzuna, beynəlxalq aləmdə gördüyü işlərə, Ermənistanla bağlı Azərbaycanın irəli sürdüyü və dövlət başçısı İlham Əliyevin qətiyyətli şəkildə ortaya qoyduğu erməni separatizminin ifşa olunması və sair məsələləri nəzərə alıb qarşıdurma yaratmaq istəyi idi. Təbii ki, bu, onlar üçün erməni lobbisi, ayrı-ayrı fondlar, təşkilatlar və dövlətlər tərəfindən bir tapşırıq idi. Onlar, nəyin bahasına olursa-olsun, Azərbaycanda qarşıdurma yaratmalı idilər. Ötən dəfə keçirilən piketdə də şahidi olduq ki, ayrılmış yer bir tərəfə qalaraq, tamamilə başqa istiqamətdə təxribat törətməyə cəhd göstərdilər. Azərbaycan əhalisi çox yaxşı başa düşür ki, indi 90-cı illər deyil. Odur ki, heç kim onların təxribatına uymur".

Bəli, bu, həmin Gültəkindir. Bu, dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim olmayan Gültəkindir. Adamın yazığı gəlir buna. İnsanın Ə.Kərimlinin, İ.Qəmbərin, A.Hacılının, İ.Məmmədovun timsalında rəzil günə düşməsi, elə də təsirli deyil. Ancaq qadının bu kökə düşməsi dəhşətdir.

Yazıqlar və LƏNƏTLƏR OLSUN SİZLƏRƏ!!!

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə