Sosial şəbəkənin erməniləşən daimi "kliyenti"

Aslan İsmayılovun xalq və dövlət maraqlarımıza qarşı törətdikləri çoxsaylı xəyanətlərinin cavabının verilməsi zamanı çatıb

Bu, bir həqiqətdir. Özünü "güclü hüquqşünas" hesab edən Aslan İsmayılovun həyat yoluna nəzər yetirsək, görərik ki, bütün deşiklərdən A.İsmayılov çıxır. Bu da təəccüb doğurmur. Bu, bir faktordur ki, adətən, zəif və cılız canlılar böyük rəqibləri ilə geniş məkanda savaşmaqdan çəkinər və yalnız özlərinin sığa biləcəyi dar deşiklərdə gizlənib, rəqiblərini də ora çəkməyə çalışırlar. Bu gün A.İsmayılov bu gün nə edirsə-etsin, istəyir videoroliklər çəkib paylaşsın, istəyir göyə qalxsın, istəyir ordan guppultu ilə yerə sərələnib düşsün fərq etməz o, elə, həşaratdır ki, həşaratdır...

Bu gün A.İsmayılov elə zənn edir ki, "aslan" adı ilə ictimaiyyət onu "aslan" sayır. Sən yanılırsan. Çünki xalq sənin kimi erməniləşən satqını yaxşı tanıyır və bilməlisən ki, gec-tez, etdiyin cinayətlər, yalan-böhtanlar üzə çıxacaq.

Eynulla Fətullayev: "Aslan İsmayılov yalnız əxlaq pozğunu yox, həm də şəxsiyyət naqisliyi xüsusiyyətinə malikdir"

Tanınmış jurnalist Eynulla Fətullayev da A.İsmayılovun öz adı ilə cəmiyyətə görünmədiyini və onun, həqiqətən də, "siçovul" olduğunu bildirib. Vurğulayıb ki, bu, o A.İsmayılovdur ki, burnunu hər yerə soxur: "Görünür, bizim, son zamanlar daha çox köməksiz onkoloji xəstəni xatırladan A.İsmayılov, onkoloji xəstəliyə tutulduğu üçün, indi də soxulcan kimi özünü onkoloji sahələrə soxur. Bu gün onun Milli Onkologiya Mərkəzi tənqid etməsinin və püskürdüyü nifrətin səbəbi pul əldə etmək istəyi ilə bağlıdır. Hələ bununla içindəki nifrətini soyuda bilməyən A.İsmayılov onun ardınca adət etdiyi əməlinə, yəni əlüstü bir video-müraciət də hazırlayır və bu çıxışında bəzən açıq, bəzən də dolayı yollarla hakim elitaya, hüquq-mühafizə orqanlarına, səhiyyə sisteminin inkişafına yönəlmiş hədyanlar yağdırır və özü haqqında miflər uydurmaqda davam edir. Bax, A.İamayılovun alçaqlığı budur".

E.Fətullayev onu da bildirir ki, A.İsmayılov yalnız əxlaq pozğunu yox, həm də şəxsiyyət naqisliyi xüsusiyyətinə malikdir: "Sosial şəbəkənin məşhur "kliyenti" olan A.İsmayılov mənfəət əldə etmək üçün hər cür hiyləyə və yalana əl atır".

E.Fətullayev A.İsmayılovun min sifətdə olduğuna da toxunaraq, bildirib ki, zaman-zaman Ədalət partiyasında, sonra isə Rüstəm İbrahimbəyovun çətirinin altına olması da təəccüblü deyil: "Çünki Rüstəm İbrahimbəyovla A.İsmayılov eyni erməni xislətli satqınlardır. Hər ikisi üçün milli-mənəvi dəyər, dövlətçiliyə xidmət kimi anlayışlar yoxdur. O, yalnız öz şəxsi mənfəətlərini üstdə tutan adamdır. Həqiqətən də, dünyaya öz cibindən baxan "hüquqşünas" mənfəətləri naminə, nəinki yaxın dostlarını, hətta dövlətinin milli maraqlarını da hərraca çıxara biləcək xarakterdədir".

Bu yerdə İlyas İsmayılovun oğlu Etimad İsmayılovun mətbuata açıqladığı bir faktı oxucularımızın diqqətinə çatdırmaq istərdim. Belə ki, Aslan İsmayılov günlərin birində öz sədrinə zəng edib və danışıq bitdikdən sonra, telefon açıq qaldığından, İ.İsmayılovun yanındakı adama Aslan haqqında dediyi bu sözləri eşidib: "Bunun məzhəbi bəlli deyil".

Bəli, təxminən, 20 ili əhatə edən uzun bir zaman dilimində İ.İsmayılov kimi təcrübəli fiqur A.İsmayılovun "məzhəb"ini müəyyən edə bilməmiş, daha dəqiqi, onun mahiyyətini yaxşı açmışdı- onu yaxın adamlarına məzhəbi bəlli olmayan, fürsətcil və dəngəsiz adam kimi xarakterizə etmişdi.

E.İsmayılov onu da bildirib ki, Aslan İsmayılov bundan sonra da İlyas İsmayılovu hədəfə alırdı: "Özü də hörmətsiz şəkildə. Atası yaşında adama "İlyas" deyir. Nəyə görə edir bu "qoçuluğu", hansı namussuza biqeyrətə xoş gəlmək istəyir, mənə bəllidir. Bu qədər mənəviyyatsızlıq, alçaqlıq olmaz".

Yaxud erməniləşən "vəkil" A.İsmayılov, artıq bir neçə gündür ki, sosial şəbəkələrdə "psixoloq" Nərmin Şahmarzadənin qəhrəman şəhidimiz Mübariz İbrahimovla bağlı yazdığı məlum və ictimaiyyətdə hiddət doğurmuş statusuna dəstək göstərib. "Facebook" sosial şəbəkəsində N.Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu "qatil" və "cani" adlandırmasına qarşı çıxan azərbaycanlıları "vətənşivən" adlandıran A.İsmayılov, bununla sübuta yetirib ki, xəyanətkar olmaq üçün heç də yaş fərqli rol oynamır.

Elə bu faktın özü A.İsmayılovun əsl mahiyyətindən xəbər verir. O, ən azı, mənəviyyat baxımından, erməni xislətlidir. Erməniləri müdafiə edə-edə, onların yanında dayana-dayana ermənilər kimi özü üzərində yazıqlıq, haqsızlığa məruz qalmışlıq imici yarada-yarada siyasi və maddi dividend toplayır, mal-dövlət yığır.

Artıq belə bir xəyanətkarın xalq və dövlət maraqlarımıza qarşı törətdiyi çoxsaylı xəyanətlərinin cavabının verilməyin zamanı çatıb. Bu baxımdan, A.İsmayılov əlahəzrət qanun qarşısında cavab verəcəyi gün elə də uzaqda deyil.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...