"Fəlakət" boşanması haqda danışdı

"Fəlakət" obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aktyor şəxsi həyatı ilə bağlı sualları cavablandırıb: "Efirdə heç vaxt şəxsi həyatım haqda danışmağı düşünməmişəm. Boşanma xəbəri məni narahat etdi. Səhər gözümü açdım ki, saytlar şəkillərimi yerləşdirib. Xoşuma gəlmədi. Belə şey yoxdur. Bu sahədən incidim. Çünki hamıya qarşı yaxşı olmuşam. Belə şeyləri normal qəbul edə bilmirəm.

Ümumiyyətlə, üzdə olan insanların ailəsi haqda yalan məlumat yazılmasını, müzakirə edilməsini istəmirəm. Heç kimin ailəsini müzakirə etməyin".

Qeyd edək ki, Elşən İlahə adlı xanımla 2018-ci ildə ailə qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə