Könülü estetik əməliyyat etdirdiyinə görə peşman etdilər FOTO
Əməkdar artist Könül Kərimova obyektiv qarşısına keçib. SİA-nın məlumatına görə, ifaçı yeni fotosessiya etdirib. Müğənni şəkillərdən birini "İnstagram" səhifəsində paylaşaraq, izləyicilərinə belə bir sual ünvanlayıb: "Yeni fotosessiyam necədir? Xoşunuza gəlir?"
İfaçı sualı verməyinə peşman olub. İzləyicilərin əksəriyyəti onun görünüşünü tənqid edib. Onlar müğənninin çoxlu estetik etdirməklə qınayıblar: "Sizin yaşınıza uyğun deyil. Gözəl düşməmisiniz, hər yeriniz silikon kimi görünür. Bu qədər estetik əməliyyat olar".
Qeyd edək ki, müğənni hər zaman estetik əməliyyat etdirmədiyini açıqlayıb. O bildirib ki, yalnız burnunda plastik əməliyyat etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə