Gizli ərə getdiyi deyilən Günayın toy xəbəri yalan çıxdı AÇIQLAMA

Gizli ailə həyatı qurduğu deyilən müğənni Günay İbrahimlidən yeni xəbər var. SİA-ya açıqlama verən ifaçının mətbuat katibi Elvin Elxan ifaçının gizli ərə getməsi haqda gəzən söz-söhbətə son qoyub: "Günay İbrahimlinin evlənməsi barədə məlumat yayılıb. Xoş bir xəbərdir, ancaq doğru deyil. Sənətçinin "İnstagram" səhifəsində video paylaşaraq, "Tezliklə biləcəksiniz" sözlərini yazması sosial şəbəkə istifadəçilərini belə bir qənaətə gətirib. Amma Günay İbrahimli ərə getməyib, toy xəbəri yanlışdır. Müğənni yeni mahnısının klip çəklişi üçün Ukraynaya səfər edib. O, oktyabr ayında yeni ekran işini tamaşaçılara təqdim edəcək. Klip barədə də çox danışa bilməyəcəm. Çünki Günayın Ukrayna nümayəndə hetəyi ilə müqaviləsi var. Bir onu deyə bilərəm ki, sənətçi yeni klipi üçün bu dəfə xarici heyətlə çalışır".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...