Əməkdar artist Röya Ayxan aparıcı Afaq Gəncəli ilə aralarında yaşanan söz-söhbətə münasibət bildirib. SİA-nın məlumatına görə, proqramın Röyaya, ifaçının isə verilişə qadağa qoyması xəbəri yayılıb. Hər iki tərəf bu qadağanı özünün qoyduğunu iddia edir.

Sənətçi "İnstagram" səhifəsində bu sözləri yazıb: “Ucuzlaşmayaq. Məni heç kim müzakirəyə qoya bilməz. Bunu da aramızda dostcasına danışmışıq. Mən satılmıram”.

Qeyd edək ki, prodüser Tarix Əliyev (Tolik) "İnstagram"da şərh yazaraq Röyanın verilişə qadağa qoyduğunu bildirib.

Röya daha sonra əkizlər Sevil və Sevinc Səfərovanın müğənni Murad Arifin “Oppalara” mahnısını bəyənməməsinə də söz atıb. O, “Murad Arif şükür edirəm... Ay qızlar, durun gedək oppalara” sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə