Şəbnəm Tovuzlu: "Ərim ağır, sanballı insandır" VİDEO

Müğənni Şəbnəm Tovuzlu ona borclu olduğunu deyən satıcı qadın haqda danışıb. SİA-nın məlumatına görə, ifaçı bu barədə verilişlərin birində açıqlama verərək, həmin xanımın pulunu qaytarmayacağını bildirib: "Borcu olmayan insan yoxdur. Düzdür, mən əvvəl Bakıxanov qəsəbəsində yaşamışam. O xanımdan çox alver etmişəm, ona çox xeyir vermişəm. Sonra mən oradan köçmüşəm, unuda bilərəm. Şəbnəm bu qədərmi aciz qaldı o 180 manatın qarşısında? Ağbirçək xanım aqressiv, tərbiyəsiz danışırsan. Mən elə düz dedim ki, sizə haram olsun. Evdən mənə zəng gəldi ki, ona dəyməz sənin zəng eləməyin. Ona lazımi yerdən cavabını verəcəyik və o pul həmin qadına verilməyəcək”.

Şəbnəm həyat yoldaşı ilə bağlı yazılan xəbərlərə də əsəbiləşib: "Ailəm evimin içindədir. Həyat yoldaşım da, övladlarım da özüm üçündür. Sizə maraqlıyamsa, məndən yazın. Həyat yoldaşımı göstərmirəmsə, əcəb edirəm. Şəxsi həyatım mənə aiddir. Mən onun qolunu, əlini paylaşıramsa, bunu da əcəb edirəm. Ərim bəzi düşüklər kimi özünü reklam etmir. Ağır, sanballı insandır. 39 yaşı var. “Hacı” deyiləndə elə bilirlər 50-60 yaşlı bir kişidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə