Paşinyan uyğun namizəd tapa bilmir

Paşinyan polis rəisi və Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifələrinə namizəd axtarır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlananməlumata istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.
Qəzet yazır ki, oktyabrın 22-dən başlayan parlament iclasında qanunun dəyişdiriləcəyinə baxmayaraq, Nikol Paşinyan sistem xaricində kadrlarına təyin olunması üçün hələ də uyğun namizəd tapa bilmir.

Nəşrin yazdığına görə, prtiyanın qapalı iclasında yüngül bir ehyam da vurulub ki, polis rəisi vəzifəsini icra edən Arman Sarkisyanın bu posta təyin olunacaq. Qapalı iclasda o da vurğulanıb ki, əgər özünü doğruldursa, qalacaq, əgər doğrultmasa, əvəz etmək barədə düşünüləcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə