Məhbəsdən “SƏS” Media Qrupuna ŞOK MÜRACİƏT + AUDİOYAZI

Rauf Sultanov: “Əli Kərimli xalq tərəfindən lənətlənmiş biridir”

“Səs” qəzetinin və eyniadlı İnformasiya Agentliyinin (SİA) redaksiyasına watsapp vasitəsi ilə audioyazı daxil olub. Audioyazının müəllifi Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində məhkəmənin qərarı ilə həbs cəzası çəkən jurnalist Raif Sultanovdur.

Xatırladaq ki, eyni müraciət telefon zəngi vasitəsi ilə bu il aprelin 18-də də olmuşdu müraciətinin səbəblərini deyən Rauf Sultanov amerikapress.com saytının baş redaktoru, eləcə də İşgəncələrə qarşı Azərbaycan komitəsinin sədr müavini olduğunu bildirmişdi. Həmin informasiyanı bu linkdən oxuya bilərsiniz:

http://sia.az/az/news/politics/735526.html

Qeyd edək ki, Rauf Sultanov 2017-ci ilin dekabr ayında Cinayət Məcəlləsinin 311.3.4 (rüşvətalma) maddəsi ilə həbs cəzası alsa da, sonradan Bakı Ağır Cinayətlər Məhkəməsində cəzası 182.1 maddəsi ilə yüngülləşdirilib. Hətta bu maddədə zərərçəkən şəxs iş üzrə tanınmayıb. Bu baxımdan, onun azadlığa çıxmaq şansı və ümidləri daha da artıb. Şikayətçi bildirib ki, onun həm də birinci qrup əlillik dərəcəsi var.

Lakin şikayətinin məğzinə gəldikdə isə, onun ifadələri həqiqətən də şok effekti yaradıb. Belə ki, şikayətçinin dediyinə görə, onun ailəsi hər zaman dövlətə və dövlətçiliyə sadiq olub və heç vaxt milli maraqlar əleyhinə hər hansı bir siyasi fəaliyyət göstərməyib. O cümlədən, bacısı Aynur Sultan Gülişıq ABŞ-ın Çikaqo ştatında yaşayır, Azərbaycanın milli-dövlətçilik maraqlarından çıxış edən Amerikanın Orta Qərb Ştatlarının Azərbaycan Mərkəzinin aparıcı üzvlərindən biridir.

Məhbus çıxışı əsnasında qeyd edib ki, onun özünü xəbəri olmadan, özlərini “hüquq müdafiəçiləri” adlandıran Aslan İsmayılov və Xədicə İsmayılova ilə yanaşı, eyni zamanda AXCP sədri Əli Kərimlinin və Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəylinin, həmçinin onlar tərəfindən yönləndirilmiş şəxslərin hədəfindədir. Daha dəqiq desək, bu şəxslər R.Sultanovun adından sui-istifadə edərək, Qərbin müxtəlif insan haqlarının müdafiəsi təşkilatlarına onun “vicdan məhbusu” olması barədə məktublar göndərir, bu vasitələrə “vicdan məhbusu” siyahısına daxil edib, qrantlar qazanmağa cəhd göstərirlər. “Artıq bir neçə dəfə mənim adımı öz siyahılarına salan Aslan İsmayılov və Xədicə İsmayılova, Əli Kərimlinin və Gültəkin Hacıbəylinin adamları məni çox pis vəziyyətdə qoyurlar”, deyən şikayətçiyə görə, onun heç zaman siyasi cəhətdən anti-dövlətçi, yaxud digər fəaliyyəti olmayıb: “Sadəcə, media adamı olduğuma görə, bu adımdan öz səmərələri üçün istifadə etməyə çalışırlar. Xahiş edirəm mənim bu şikayətimi ictimailəşdirin və hər kəs bilsin ki, mən heç yerə heç bir məktub yazmamışam, müraciət etməmişəm. Aslan İsmayılov və Xədicə İsmayılova məni öz çirkin oyunlarına qatırlar, mən bu oyunlarda iştirak etməyi birmənalı olaraq rədd etmişəm, bundan sonra da edəcəyəm!”, deyə əvvəlki müraciətində R.Sultanov bildirmilşdi.

O, bu kimi məsələlərdə tək olmadığını, adlarını çəkdiyi “hüquq müdafiəçilərinin” cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların ailələri ilə görüşərək, onlardan pul aldıqlarını, bu vasitə ilə həmin insanların adlarını saxta siyahılara yazdıqlarını bildirib.

Həmçinin onu da qeyd edib ki, onun həbsxanada heç bir problemi yoxdur, müalicə alır, qidalanması yüksək səviyyədə təmin edilir, habelə, həbsxana rəhbərliyi ilə münasibəti çox yaxşıdır.

Qeyd edək ki, bu məsələnin daha dərindən araşdırılaraq ictimaiyyətə təqdim edəcəyik. Belə ki, R.Sultanov 2-ci audioyazısını da redaksiyamıza təqdim edəcək. Bu istiqamətdə Araşdırmamız davam edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə