Əli Kərimli, oğurladığın pullar hanı?! - DANILMAZ FAKTLAR!

AXCP sədri Əli Kərimlinin planlaşdırdığı mitinqinin uğursuz nəticələnəcəyinin fərqinə varmaqla yanaşı, hər zaman olduğu kimi, öncədəngəlmişliyi ilə də seçilən müxalifət "liderlərindəndir". Belə ki, bu günə qədər onun maliyyə fırıldaqlarını sübuta yetirən yüzlərlə faktlar ictimai rəyin diqqətinə çatdırılsa da, ona əldə etdiyi milyonlarla manat gəlirin haradan əldə edilməsi barədə çoxsaylı suallar ünvanlansa da, həmçnin, bank maxinasiyaları vasitəsi ilə korrupsiya əməlləri tam şəkildə isbatlansa da, o həmin suallara cavab verə bilməyib.

Əli Kərimli anlamır ki, rahat şəkildə müxalifətçilik edib pul qazandığı ölkənin sabitliyi məhz neft gəlirlərindən əldə edilən vəsaitlər hesabınadır!

Lakin keçirdiyi saxta və rüsvayçı mitinqlərini reklam etmək üçün heç bir əsası olmayan böhtançı iddiaları ilə çxışlar edir, bu vasitə ilə "lider" olduğunu sərgiləməyə cəhd edir. Məhz bu baxımdan, dövlətin neft siyasəti nəticəsində əldə etdiyi gəlirlərin məhz dövlətin əsaslarının gücləndirilməsinə, xalqın, ölkənin mənafeyinə xərclənməsi faktlarını görməzlikdən gəlib, siyasi həyasızlıq nümayiş etdirir, payını tələb edir. Əbəs yerə deyil ki, xalqı növbəti mitinqinə dəvət etmək üçün sosial şəbəkədəki söyüş qrupu vasitəsi ilə təhqirlər etdirən Əli Kərimli sözügedən planının baş tutmadığını görüb, indi də "mənim neft gəlirlərindən payım hanı?" deyə sərsəm sualını ortaya atıb, aşkar siyapurluqla məşğul olur. Halbuki, bu gün o, anlamır ki, rahat şəkildə müxalifətçilik edib pul qazandığı ölkənin sabitliyi məhz neft gəlirlərindən əldə edilən vəsaitlər hesabınadır. Misal üçün, bu gün sərhədlərimizin qorunmasından başlayaraq, Qarabağ cəbhəsində düşmənə layiqli cəzalar verən şanlı Ordumuzun regionda ən güclü Silahlı Qüvvələr sırasında yer almasınadək əldə edilən hər bir uğurun əsasında dövlət apardığı uğurlu neft siyasəti strategiyası dayanır. Bu pullar bilavasitə dövlətin daha güclü və daha qüdrətli olmasına xərclənib və xərclənməkdədir ki, indi bu siyasətin sayəsində Azərbaycanda müstəqil siyasət yürüdülür, heç bir xarici qüvvələr öz maraqlarını ölkəmizdə reallaşdırmağa cürət etmir.

Lakin nədənsə, Əli Kərimli möhürlənmiş və kor olmuş gözləri ilə həmin reallıqları danmaqla yanaşı, xalqın neft pulunu "öz pulu" hesab edir. Yeri gəlmişkən, AXCP sədri boğazını yırtmaqla heç də özünə əziyyət verməsin, çünki zamanı çatanda xalqımız həmin gəlirlərdən daha münbit şəkildə istifadə edəcək, hər bir azərbaycanlı ailəsinin daha firavan yaşaması üçün dövlət növbəti səmərəli addımlarını atacaq.

Əli Kərimli "liderim" dediyi Elçibəyin sədrlik kreslosunu mənəviyyatdan kənar və ləyaqətsizlik yolları ilə ələ keçirdi və indi partiyasında diktatura rejimi qurub...

Yaxşı olardı ki, Əli Kərimli yuxarıda qeyd edilən sualları cavablasın, üstəlik bank maxinasiyaları vasitəsi ilə korrupsiya əməllərini ifşa edən sübutları keçirməyə çalışdığı mitinqində arqumentləri ilə inkar etsin. Amma bəri başdan deyə bilərik ki, o bunu edə bilməz. Çünki danılmaz faktlar qarşısında aciz durumdadır.

Onu da xatırlatmaq olar ki, bu həmin Əli Kərimlidir ki, başının üzərindən asdığı mərhum lideri Əbülfəz Elçibəyin portreti altında oturmasına rəğmən, həmin liderinə qarşı ən çirkin kampaniyalar aparıb, onun ölümünə, həyatını itirməsinə səbəb olub. Əbəs yerə deyil ki, bu gün də Əli Kərimlinin Elçibəyi zəhərlədərək həyatına sui-qəsd etməsi faktları istintaq tərəfindən araşdırılmaqdadır. Əbülfəz Elçibəyə "siflis xəstəsi", "içki düşkünü və murdar alkaş" tipli ifadələri də məhz Əli Kərimli AXCP daxilində yaratdığı qiyamçı "Yurd" qruplaşması, həmin qruplaşmanın əlinə keçirdiyi mətbuatlar vasitəsi ilə ictimailəşdirmişdi. Nəticədə o, "liderim" dediyi Elçibəyin sədrlik kreslosunu mənəviyyatdan kənar və ləyaqətsizlik yolları ilə ələ keçirdi və indi partiyasında diktatura rejimi qurub monarxiya idarəçiliyi yürüdür.

AXCP-də despot siyasəti yürüdən Əli Kərimli oğlu Türkel Kərimlini də özü kimi milli satqın, xəyanətkar və şəxsiyyətsizlik timsalında böyüdür

Çünki hazırda sıravi cəbhəçilərin heç biri uzun illər AXCP-də fəaliyyət göstərmələrinə rəğmən, hələ də öz yerlərində addımlamağa davam edirlər. Lakin Əli Kərimlinin oğlu Türkel Kərimli xarici ölkədə büdcəsi yüz minlərlə ölçülən ali təhsil müəssisəsində təhsil aldı, arvadı Samara isə Britaniyada biznes şəbəkəsi qurub. Ümumiyyətlə, AXCP-də despot siyasəti yürüdən Əli Kərimli oğlu Türkel Kərimlini də özü kimi milli satqın və şəxsiyyətsizlik timsalında böyüdür

Biz, hələ Əli Kərimlinin biznesləri barədə danışmırıq ki, həmin şəbəkəyə aptek, tikinti və s. profillər aid olunur. Məgər bütün bunlar Əli Kərimlinin AXCP-ni monarxik və avtoritar idarəçilik rejimində saxlaması faktları hesab edilə bilməzmi?! Yaxud, nəyə görə Əli Kərimli "haqq-ədalət" bağırarkən, dövlətin pulunu "mənim pulum" adlandırarkən, əldə etdiyi yüz minlərlə gəlirlərdən sıravi cəbhəçilərə maaş ödəmir?! Nəyə görə Əli Kərimli erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən Qərb qurumlarından aldığı maddi vəsaitləri gizlədir?! Axı lazım gələrsə, həmin faktlar ortaya çıxacağı halda o qarşısına çıxdığı sıravi cəbhəçilərin üzlərinə necə baxacaq?

Əslində, bu onun üçün problem deyil. Siyasi fahişədən hər alçaqlığı gözləməyə dəyər! Məgər o oğlu Türkel Kərimlini ABŞ-da bilavasitə Amerikanın erməni lobbisi tərəfindən təşkil olunmuş ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasının Azərbaycan əleyhinə dinləmələrinə göndərərək, qondarma "DQR"in prezidenti Bako Saakyanın oğlunun çıxışına əl çaldırmamışdımı?! Və bütün bunlardan sonra Əli Kərimlinin Azərbaycan xalqı adından danışmağa, ümumiyyətlə, bu ölkədə yaşamağa hüququ varmı...?! Əli Kərimli, yaxşı olardı ki, oğurladığın pulların harada olduğunu deyəsən, ötən illərdə əldə etdiyin həmin pullar bəs haradadır?!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə