Tanınmış şair Fəxrəddin Teyyubun yeni kitabının təqdimatı olub

AYB Lənkəran bölməsində tanınmış şair, publisist Fəxrəddin Teyyubun “Mən səninlə barışmaram” kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbiri AYB Lənkəran bölməsinin baş məsləhətçisi Ağamir Cavad açıb və şairin yaradıcılığı barədə geniş məlumat verib.

Kitabla bağlı şair və yazıçılardan Xudaverdi Cavadov, Qüdrət Cəfərov Tərlan Əbiliov, Qafar Cəfərov, İlham İlhami, Etibar Əhədov, Nurəddin Şaya, Etibar Əliyev, Ağəddin Babayev, Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov və başqaları çıxış edərək kitabın bədii məziyyətləri barədə fikir mübadiləsi aparıblar. Çıxışlara münasibətini bildirən Fəxrəddin Teyyub ona göstərilən diqqətə görə tədbir iştirakçılarının hər birinə öz təşşəkkürünü bildirib və imzaladağı kitabları iştirakçılara təqdim edib.

Sonda xatirə şəkli çəkilib. Qeyd edək ki, Fəxrəddin Teyyub 23 aprel 1950-ci ildə Lənkəranın Şıxakəran kəndində anadan olub. 1968-ci ildə həmin kəndin səkkizillik məktəbinə gedib, 10 illiyi isə qonşu Xolmili kənd orta məktəbində bitirib. 1974-cü ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı (İndiki İqtisad universiteti) İnstitiutuna qiyabi daxil olub, 1980-ci ildə həmin ali məktəbi bitirir.

1969-71-ci illər arasında Gürcüstanda hərbi xidmətdə olub.

1994-99-ci illərdə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını qiyabı olaraq bitirib.

Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Polis polkovniki rütbəsinə qədər yüksəlib.

2005–ci ilin aprel ayından təqaüddədir.

Orta məktəb illərindən bədii yaradıcılığa başlayıb. İlk şeiri 1972–ci ildə Lənkəranın “Leninçi” qəzetində dərc olunub.

Fəxrəddin Teyyub “Azərbaycan”, “Ulduz”, “Litereturnıy Azerbaydjan” junallarında, “Ədəbiyyat qəzeti”ndə və digər mətbu orqanlarda, xarici ölkələrin ədəbiyyat dərgiləri və almanaxlarında dərc olunub.

İndiyədək şairin “Həsrətin ünvanı”. “Kölgəm mənim yol yoldaşım” və “Mən səninlə barışmaram” və başqa kitabları işıq üzü görüb.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə