Bakıda körpə pəncərədən düşərək ölüb

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib. SİA xəbər verir ki, hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.

9 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə