Uşağın ağlaması böyüklərin beyninə mənfi təsir edir

Amerika alimləri maraqlı araşdırma aparıblar. Onlar uşağın ağlamasının böyüklərin beyninə olan təsirini araşdırıblar.

Məlum olub ki, uşağın ağlaması böyüklərin beyninə mənfi təsir edir, diqqəti azaldır.

NDTV xəbər verir ki, araşdırma zamanı böyüklərə müəyyən intellektual testlər verilirdi və bu zaman uşağın ağlamasının səsyazması qoşulurdu. Nəticədə böyüklərin diqqəti kəskin azalır və onlar testin öhdəsindən daha çətinliklə gəlirdilər.

Maraqlıdır ki, böyüklərin beyninə həm doğma, həm də yad uşağın ağlaması eyni dərəcədə mənfi təsir edir.

Bütün xəbərlər Facebook səhifəmizdə