ABŞ-ın Con Hopkins Universitetinin alimləri bildiriblər ki, ət məhsullarının (kolbasa, sosis, ət konservləri və s.) hazırlanmasında istifadə edilən kimyəvi maddələr maniakal sindromu riskini artırır. Bununla bağlı məqalə “Molecular Psychiatry” jurnalında yayımlanıb.
Mütəxəssislər 2007-2017-ci illərdə yaşı 18-65 olan, sağlam və ya psixi xəstəlikdən əziyyət çəkən 1101 insan üzərində araşdırmalar aparıblar. Məlum olub ki, maniakal sindromundan əziyyət çəkən insanlar sağlam şəxslərdən fərqli olaraq, 3,5 dəfə çox ət məhsullarını qəbul edir.
Siçovullar üzərində aparılan ekspertimentlər göstərib ki, ətin konservləşdirilməsi zamanı ona qatılan nitrat iki həftə müddətində heyvanlarda hiperaktivlik yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə