DİQQƏT: Dəridəki “ət xalları”nı necə yox etmək olar?

Dəridəki papillomalar xoş xassəli xırda şişlərdir. El arasında bu şişlər "ət xal" adlandırılır. Bu xallar tibbi deyil, kosmetik problem sayılır. Onları yox etmək isə olduqca sadədir

Nyu Yorkun məşhur həkim-kosmetoloqu Duq Uilen bu problemi aradan qaldırmaq üçün çox sadə üsul təklif edir. Alma sirkəsinin köməyilə dəridəki ət xallardan qurtulmaq çox asandır. Sirkəni gün ərzində 3 dəfə pambığa batırıb papillomanı silmək lazımdır. Bir neçə gündən sonra bu xallar rəngini dəyişəcək. Bir ay tamam olmadan isə qopub düşəcək. Prosesin təhlükəsizliyini təmin etmək üçün sirkənin üzərinə biraz su damcılatmaq lazımdır. Papilloma ilə mübarizədə ən faydalı xalq təbabəti üsulu məhz alma sirkəsi sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə