Moskvada azərbaycanlının kafesinə silahlı hücum olub 10 nəfər yaralanıb

Rusiyada Moskvanın Peçatniki rayonun Kuryanova küçəsi, ev 28 ünvanında azərbaycanlılara məxsus "Neolit" kafesində fevralın 14-də saat 23:00 radələrində silahlı atışma baş verib. SİA-nın məlumatına görə, avtomat və tapança ilə silahlanmış 40-50 nəfərdən ibarət bir qrup çeçen hücümda iştirak edib.

Kafedə baş verən silahlı qarşıdurma rayonun digər yerində də davam edib. Çeçenlər azərbaycanlıların maşınlarını təqib edərək onları atəşə tutublar. Kafe ilə yanaşı, obyektin sahibi Yaşar Əliyevin maşını da çiddi xəsarət alıb. Hazırda hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları çalışırlar. İnsidentdə iştirak edən 10 nəfərdən çox şəxsin polis tərəfindən saxlanıldığı bildirilir.

Hadisəyə səbəb Azərbyacan millətini təhqir edən Əlixan adlı çeçenin azərbaycanlılar tərəfindən tapılaraq üzr istədilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə