Müxtəlif təyinatlı 188 kəsici-deşici alət aşkarlanıb

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün Zabrat, Pirşağı və Bakıxanov qəsəbələri ərazisində keçirdikləri tədbirlər nəticəsində 9 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 188 kəsici-deşici alət aşkarlanaraq götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə