Ağdamda yol qəzası olub - FOTOLAR

Ağdamda yol qəzası olub - FOTOLAR

Ağdamda yol qəzası olub. SİA xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 77-YD-327 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə 02-BU-150 nömrə nişanlı "VAZ" markalı avtomobil toqquşub. Qəza nəticəsində bir nəfər ölüb. Xəsarət alanların olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə