Sərnişin avtobusunda kimsəsiz uşaq tapıldı FOTO

Bu gün saat 14:00 radələrində 65 saylı marşrut avtobusunda az yaşlı oğlan uşağı tapılıb. SİA-nın məlumatına görə, Xaliq Faiqoğlu şirkətinə məxsus avtobusun kabinində aşkarlanan 5-6 yaşlarında olan uşaq yaşadığı yeri və hara getdiyi haqda məlumatı yoxdur.

Şirkətin əməkdaşları baş verən hadisə barədə Daxili İşlər Nazirliyinə bildiriblər. DİN uşağın valideynləri haqqında məlumatı olanlardan Daxili İşlər Nazirliyinin "102" saylı nömrəsinə müraciət etmələri xahiş olunur.

Müəllif: Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə